Bakıda iki piyadanı maşın vurub

Bakı. 13 noyabr. REPORT.AZ/ Bakıda iki piyadavurma hadisəsi baş verib.

"Report" xəbər verir ki, Bakıxanov qəsəbəsinin Yavər Əliyev küçəsində yolu keçmək istəyən Hüseynova Gülnar Dostu qızını minik avtomobili vurub. Yaralı xəstəxanaya yerləşdirilib.

Digər yol-nəqliyyat hadisəsi Yasamal rayonunda qeydə alınıb. Metronun 20 Yanvar stansiyası yaxınlığında piyadalar üçün müəyyən edilməmiş yoldan keçmək istəyən 1984-cü il təvəllüdlü Zeynalov Elməddin Rafael oğlunu minik avtomobili vurub. Yaralı xəstəxanaya yerləşdirilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Lerikdə zəlzələ olub 17 sentyabr, 2026 / 16:14
İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50
Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45