Bakıda iki gün əvvəl baş verən bıçaqlanma hadisəsinin üstü açılıb

Bakı. 5 dekabr. REPORT.AZ/ Bakıda iki gün əvvəl baş verən bıçaqlanma hadisəsinin üstü açılıb. Bu barədə "Report"a Bakı Şəhər baş Polis İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Nərimanov Rayon Polis İdarəsi 18-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, dekabrın 3-də saat 21:00 radələrində, O.Əliyev küçəsində şəxsi münaqişə zəminində 1994-cü il təvəllüdlü Əli İsayevə bıçaqla ağır bədən xəsarəti yetirməkdə şübhəli bilinən Tural Baratov tutulub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Digər xəbərlər

Azər Qasımlıya hökm oxunub 11 mart, 2026 / 16:27
Kürdəmirdə 4 otaqlı ev yanıb 09 mart, 2026 / 15:54