Bakıda iki gənc yol qəzasında xəsarət alıb

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə paytaxtın Suraxanı rayonunda qeydə alınıb.

20 yaşlı Mirzəliyev Tural Ərəstun oğlunun idarə etdiyi nəqliyyat vasitəsi hava limanı-Bilgəh yolunda hərəkətdə olarkən digər avtomobillə toqquşub.

Hadisə zamanı T. Mirzəliyev və sərnişini, 2001-ci il təvəllüdlü Mehdiyev Əhəd Seyran oğlu xəsarət alıblar.

Hər iki yaralı təcili tibbi yardımın köməkliyi 3 Saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıblar.

Hadisənin təfərrüatı araşdırılır.

Digər xəbərlər

Xalq artisti Zaur Rzayev vəfat edib 29 oktyabr, 2026 / 18:54