Bakıda iki gənc yol-nəqliyyat hadisəsində xəsarət alıb

Bakının Xəzər rayonunda 22 və 29 yaşlı şəxslər yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

"Report" xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1994-cü il təvəllüdlü Bağırov İsmayıl İlqar oğlu və 2001-ci il təvəllüdlü Qocayev İlkin Samir oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər