Bakıda iki avtomobil toqquşub, yeniyetmə ağır xəsarət alıb

Bakıda iki avtomobil toqquşub.

“Report” xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonu ərazisində qeydə alınıb.

Belə ki, yol qəzası nəticəsində 2007-ci il təvəllüdlü Tarverdiyev Namik Zamik oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardım avtomobilinin köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Həkim müayinəsindən sonra yaralıya açıq kəllə-beyin travması diaqnozu qoyulub.

Baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırma aparılır.

Digər xəbərlər