Bakıda iki avtomobil toqquşub, xəsarət alanlar var

Bakının Nərimanov rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində 1990-cı il təvəllüdlü Əsgərov Tural Elşən oğlu və həmyaşıdı Aybəniz Quliyeva xəsarət alıblar.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47