Bakıda iki avtomobil toqquşub, xəsarət alan var

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonunda qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması zamanı 1954-cü il təvəllüdlü Kazakov Georgiy Semyanoviç xəsarət alıb.

Yaralı ətrafdakıların köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi və təpə nahiyəsinin yarası diaqnozu qoyulub.

Digər xəbərlər