Bakıda iki avtomobil toqquşub, ata və oğlu yaralanıb

Bu gecə Bakıda növbəti ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, qəza Nərimanov rayonunda qeydə alınıb. 

Belə ki, iki avtomobilin toqquşması nəticəsində 1984-cü il təvəllüdlü Babayev Əli İlyas oğlu və onun 10 yaşlı övladı Babayev İlyas Əli oğlu xəsarət alıb.

Yaralılar təcili yardımın köməkliyi ilə paytaxtın özəl xəstəxanalarından birinə yerləşdirilib. 

B. Əliyə kəllə-beyin travması, ayağın kəsilmiş yarası, B. İlyasa isə kəllə-beyin travması diaqnozu qoyulub. Hazırda polis qəzanın təfərrüatlarını araşdırır.

Ramin Şahbazov

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 23 dekabr, 2025 / 08:59