Bakıda idarəetməni itirən sürücü avtomobilini divara çırpıb

Bakıda xəsarətlə nəticələnən daha bir yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə paytaxtın Səbail rayonunda qeydə alınıb.

Belə ki, Neftçilər prospektində 1987-ci il təvəllüdlü Həsənov Elçin Akif oğlu idarəetməni itirərək avtomobilini divara çırpıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona burun sınığı və qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Daşkəsəndə yol çöküb 30 mart, 2026 / 11:46
Sumqayıtda mebel sexi yanıb 30 mart, 2026 / 10:50