​Bakıda içərisində 10 min manat dəyərində qızıl əşyalar olan seyf oğurlanıb

Bakı. 16 aprel. REPORT.AZ/ Bakıda içərisində 10 min manat dəyərində qızıl əşyalar olan seyf oğurlanıb. "Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Hadisə aprelin 2-də baş verib.

Səbail Rayon Polis İdarəsinin (RPİ) 41-ci Polis Bölməsinin (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Oqtay İbrahimova məxsus evdən içərisində 10 min manat dəyərində qızıl əşyalar olan seyfi oğurlayan Sumqayıt şəhər sakini Emil Əliyev tutulub.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47