Bakıda hündürmərtəbəli binalardan birində yanğın başlayıb - VİDEO

Bakı. 19 may. REPORT.AZ/ Bina sakinlərindən biri “Report”a bildirib ki, yanğın baş verən binada köməksiz insanlar var. Hazırda onların xilas edilməsi istiqamətində iş aparılır.

***

Bakı. 19 may. REPORT.AZ/ Bakıda hündürmərtəbəli binalardan birində yanğın başlayıb. “Report”un xəbərinə görə, Azadlıq prospekti-200 ünvanındakı binada yanğın hadisəsi qeydə alınıb.

Hadisə yerinə FHN-in yanğınsöndürənləri cəlb edilib. Hadisə ilə bağlı əlavə məlumat veriləcək.

Qeyd edək ki, jurnalist Əzizə İsmayılova hadisə yerində çəkdiyi fotoları özünün "facebook" səhifəsində paylaşıb.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 22 avqust, 2026 / 09:08