Bakıda hoteldə arvadını öldürməyə cəhddə təqsirləndirilən şəxsə hökm oxunub

Bakıda hoteldə həyat yoldaşını öldürməyə cəhddə təqsirləndirilən Tərlan Abdullayevə hökm oxunub və o, 8 il müddətinə azadlıqdan məhrum edilib.

"Report"un xəbərinə görə, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Qeyd edək ki, hadisə bu ilin iyunun 4-də paytaxtın Nəsimi rayonu, L.Tolstoy küçəsində yerləşən “Citadel” hoteldə baş verib.

Belə ki, 1992-ci il təvəllüdlü T.Abdullayev şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı həyat yoldaşı - Cəlilabad rayon sakini, 1996-cı il təvəllüdlü Rüqayyə Abdullayevanı bıçaqlayıb. Daha sonra qadının həyatını xilas etmək mümkün olub.

Daha sonra T.Abdullayev saxlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (Xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhddə) maddəsi ilə ittiham irəli sürülüb.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39