Bakıda hamamdan pul oğurlanıb

Bakı. 24 avqust. REPORT.AZ/ Bakıda hamamdan pul oğurlanıb.

"Report"un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Məlumata görə, Binəqədi rayonunun ərazisində yerləşən "Şah" hamamının xəzinəsindən 1 845 manat oğurlanıb.

Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş orada işləyənlər - Yevlax rayon sakini Kərimxan Kərimov, Ağdaş rayon sakini Vüsal Əyyublu və Ucar rayon sakini Hüseyn Cəfərzadə tutulublar.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Qaradağda yük maşını aşıb 17 avqust, 2026 / 10:20