Bakıda gənc velosipedçini avtomobil vurub

Bakıda 21 yaşlı velosipedçini avtomobil vurub.

"Report"un məlumatına görə, hadisə Xəzər rayonunda qeydə alınıb. Mərdəkan qəsəbəsində 2001-ci il təvəllüdlü Behbudlu İsrail Firuz oğlu velosipedlə hərəkətdə olarkən minik avtomobili onu arxadan vurub.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər