Bakıda gənc sürücü qəza törədərək xəsarət alıb

Bakıda xəsarətlə nəticələnən yol qəzası olub.

“Report”un məlumatına görə, hadisə Xəzər rayonunda baş verib.

Şüvəlan qəsəbəsində sürücü, 1998-ci il təvəllüdlü Qasımov Əli Əzizağa oğlu avtomobilə idarəetməni itirərək yol-nəqliyyat hadisəsi törədib. Nəticədə o, müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı təcili yardımın köməkliyi ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Ramin Şahbazov 

Digər xəbərlər

Şahbuzda zəlzələ olub 04 avqust, 2026 / 12:08
İmişlidə zəlzələ olub 03 avqust, 2026 / 22:17