Bakıda gənc qız sərnişin avtobusundan yıxılıb

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Suraxanı rayonunda qeydə alınıb. Bahar qəsəbəsində 2005-ci il təvəllüdlü Hüseynova Kimya Faiq qızı 161 saylı sərnişin avtobusundan yerə yıxılıb.

K.Hüseynova təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər