Bakıda gənc qız döyülərək ağır xəsarət alıb

Bakının Xəzər rayonununda xəsarətlə nəticələnən döyülmə hadisəsi baş verib.

“Report”un məlumatına görə, Qala qəsəbəsində tanıdığı şəxs tərəfindən döyülən 1996-cı il təvəllüdlü Kərimli Solmaz Fuad qızı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona baş-beyin silkələnməsi və üzün cırılmış-kəsilmiş yarası diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Digər xəbərlər

Sarayda minik avtomobili yanıb 01 mart, 2026 / 19:58
Şamaxıda zəlzələ baş verib 28 fevral, 2026 / 23:26