Bakıda gənc oğlanı avtomobil vurub

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb.

Belə ki, yolu keçmək istəyən 1993-cü il təvəllüdlü Xudiyev Elmar Araz oğlunu avtomobil vurub.

Yaralı xəstəxanaya yerləşdirilib. Həkim müayinəsindən sonra ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Azər Qasımlıya hökm oxunub 11 mart, 2026 / 16:27