Bakıda gənc oğlanı avtomobil vurub

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb. Belə ki, 1997-ci il təvəllüdlü Əzimov Natiq Aydın oğlu Aeroport yolunda piyadalar üçün nəzərdə tutulmayan yerdən keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

Digər xəbərlər