​Bakıda gənc oğlan yük maşını ilə divarın arasında qalaraq ölüb

Bakı. 11 noyabr. REPORT.AZ/ Bakıda gənc oğlan bədbəxt hadisə nəticəsində ölüb.

“Report”un xəbərinə görə, hadisə Binəqədi rayonunda baş verib.

Belə ki, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsində İmişli rayon sakini Qənbər Quliyev idarə etdiyi “ZİL-131” markalı avtomobili arxaya verərkən Sabirabad rayon sakini, 1992-ci il təvəllüdlü Ceyhun Qasımov maşınla divar arasında sıxılıb qalıb.

Hadisə nəticəsində C.Qasımov faciəli şəkildə orada ölüb.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.

Digər xəbərlər

Lənkəranda dördotaqlı ev yanıb 05 fevral, 2026 / 13:21