Paytaxtda gənc oğlan döyülərək bıçaqlanıb

Bakıda döyülmə və bıçaqlanma hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb. 1992-ci il təvəllüdlü Həsənov Elman Azər oğlu dava zamanı əvvəlcə bıçaqlanıb, sonra isə döyülüb.

Yaralı təcili tibbi yardımın köməkliyi xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona boyun, baş nahiyəsinin kəsilmiş-deşilmiş bıçaq yaraları və üz nahiyələrinin əzikləri diaqnozları qoyulub.

Yaralı cərrahi əməliyyat olunub.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Şəkidə 4 nəfəri çaqqal dişləyib 11 sentyabr, 2026 / 13:05