​Bakıda gecə yarısı liftə qalan şəxs xilas edilib

Bakı. 10 mart. REPORT.AZ/ Gecə saatlarında Bakının Xətai rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, qurumun “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, hadisə yerinə xilasedicilər cəlb olunub.

Onlar liftin qapısını açaraq vətəndaşın liftdən çıxmasına şərait yaradıblar.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47