Bakıda gecə saatlarında avtoxuliqanlıq edən dörd sürücü saxlanılıb

Bakının Nəsimi rayonunda gecə saatlarında yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücülər məsuliyyətə cəlb olunublar.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən "Əcəmi dairəsi" adlanan ərazidə gecə saatlarında keçirilən tədbirlərlə avtoxuliqanlıq hərəkətlərinə yol verən, nəqliyyat vasitəsində konstruksiya dəyişikliyi edən 4 sürücü saxlanılaraq məsuliyyətə cəlb olunub.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 23 dekabr, 2025 / 08:59