Bakıda fotokamera satan şəxsə qarşı 85 min manatlıq dələduzluq edilib

Bakı. 24 yanvar. REPORT.AZ/ Bakı sakini dələduzluqla üzləşib.

“Report”un xəbərinə görə, 1970-ci il təvəllüdlü Əhməd Abusət oğlu Əhmədov hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, 2009-cu ildən 2014-cü ilədək Bakı şəhər sakini 1973-cü il təvəllüdlü Orxan Heydərov adlı şəxs ondan 85 min manat dəyərində fotokamera avadanlıqları alıb, lakin indiyə qədər pulunu odəməyib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Azərbaycanda zəlzələ olub 26 noyabr, 2026 / 20:56