Bakıda fərdi yaşayış evində yanğın olub - FOTO - VİDEO

Bakı. 1 may. REPORT.AZ/ Bakı şəhərində fərdi yaşayış evində yanğın baş verib. 

"Report"un məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonunda, Mirəli Qasımov ilə İmran Qasımov küçəsinin kəsişməsində qeydə alınıb. 

Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Nəsimi rayonu yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb edilib. 

Yanğın söndürülüb və alovun digər evlərə keçməsinin qarşısı alınıb.

Hadisəyə elektrik xətlərindəki qısaqapanmanın səbəb olduğu bildirilir.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39