Bakıda fəhlə yıxılaraq xəsarət alıb

Bakı. 17 iyun. REPORT.AZ/ Bakıda fəhlə iş zamanı yıxılaraq xəsarət alıb.

"Report" xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, 1994-cü il təvəllüdlü Adıgözəlov Dövran Xocəsən qəsəbəsindəki fərdi yaşayış evlərindən birinin ikinci mərtəbəsində fasad təmiri zamanı yıxılaraq xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.

D.Adıgözəlovun vəziyyəti orta ağır kimi qiymətləndirilir. 

Digər xəbərlər

Hacıqabulda zəlzələ olub 19 noyabr, 2026 / 10:28