Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov prospektində yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
İlkin məlumata əsasən, yanğın ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 90 kv.m olan ikiotaqlı mənzildə baş verib.
Əlavə məlumat veriləcək.
17.41
Bakıda ev yanır.
Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, FHN-in (FHN) “112” qaynar telefon xəttinə paytaxtın Yasamal rayonu, N.Nərimanov prospektində yaşayış evində yanğın olması barədə məlumat daxil olub.
Məlumat qəbul ediləndən dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.