Bakıda ev yanıb

Bakı. 4 dekabr. REPORT.AZ/ Bakı şəhərinin Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan ikimərtəbəli 2 otaqlı evin ikinci mərtəbəsinin yanar konstruksiyaları və ev əşyaları 40 kv.m sahədə yanıb. "Report" FHN-in rəsmi saytına istinadən xəbər verir ki, evin birinci mərtəbəsində yerləşən qaraj yanğından mühafizə olunub. Yanğın saat 07:21-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər xəbərlər

Qubada zəlzələ qeydə alınıb 14 avqust, 2026 / 21:06
Sumqayıtda kafe yanıb 14 avqust, 2026 / 17:48