Bakıda ev yanıb, sakinlərdən biri tüstüdən zəhərlənib

Bakı. 21 dekabr. REPORT.AZ/ Bakı şəhəri, Xəzər rayonunda ümumi sahəsi 70 m² olan 3 otaqlı evin 2 otağının yanar konstruksiyaları və ev əşyaları 40 m² sahədə yanıb.

Bu barədə “Report”a FHN-dən məlumat verilib.

Yanğın zamanı bir nəfər tüstüdən zəhərlənmiş halda xəstəxanaya aparılıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 10 sentyabr, 2026 / 10:41