Bakıda ərəb turisti avtomobil vurub

Bakının Nəsimi rayonunda əcnəbi vətəndaşı olan piyadanı avtomobil vuraraq xəsarət yetirib.

"Report"un məlumatına görə, rayonun Azadlıq prospektində avtomobil yolu keçən Səudiyyə Ərəbistanından olan 1997-ci il təvəllüdlü Kihani Marvaş Muhammad oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Hadisənin təfərrüatı araşdırılır.

Digər xəbərlər

Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45
DİN: Həftəsonu 17 silah aşkarlanıb 14 sentyabr, 2026 / 12:48