Bakıda əmisi oğlunun avtomobilini qaçıran şəxs tutulub

Bakı. 17 mart. REPORT.AZ/ Bakıda əmisi oğlunun avtomobilini qaçıran şəxs tutulub. "Report"un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 12-də Bakı şəhər sakini Rauf Şahmalıyevə məxsus “VAZ-2109” markalı avtomobili qaçırmış əmisi oğlu, Zaqatala rayon sakini Camaləddin Şahmalıyev saxlanılıb. Avtomobil paytaxtın Nəsimi rayonu ərazisində tapılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47