Bakı. 17 iyul. REPORT.AZ/ Bakı şəhərinin Sabunçu rayonunda dənizdə batdığı ehtimal edilən 2 nəfərin axtarışları başa çatıb.
Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən "Report"a bildirilib ki, 1996-cı il təvəllüdlü İbrahimov Nicat və 1995-ci il təvəllüdlü Ağamalıyev Səlimin meyitləri Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
*** 17:19
Bakı. 17 iyul. REPORT.AZ/ Bakıda dənizdə 2 nəfər batıb.
Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən "Report"a bildirilib ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Sabunçu rayonunda dənizdə 2 nəfərin batdığı ehtimal olunur.
Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.