Bakıda dairədən keçən qadını maşın vurub

Bakı. 8 noyabr. REPORT.AZ/ Bakının Suraxanı rayonunda piyadanı maşın vurub.

"Report"un xəbərinə görə, hadisə 1979-cu il təvəllüdlü Qənbərov Çiçək Səlahəddin qızı dairəvi hərəkət zolağından keçərkən baş verib.

Yaralı xəstəxanaya yerləşdirilib. O, bədənin müxtəlif nahiyələrindən xəsarətlər alıb.

Fakt Suraxanı Rayon Polis İdarəsi tərəfindən araşdırılır.

Digər xəbərlər

İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50
Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45