Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

Bakı. 10 iyul. REPORT.AZ/ Bakı şəhərinin Sabunçu rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yanğın nəticəsində binanın 2-ci mərtəbəsində ümumi sahəsi 112 m2 olan 4 otaqlı evin bir otağında 1 ədəd divan və 1 ədəd məişət texnikası yanıb, yüksək temperaturdan 1 ədəd məişət texnikası qismən əriyib.

Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülub.

Digər xəbərlər

Xırdalanda restoran yanıb 04 sentyabr, 2026 / 09:37