Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospektində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.
"Report" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yaşayış binasının onüçüncü mərtəbəsində ümumi dəhlizin eyvanında baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzillərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində bir ədəd kombi avadanlığı yanıb. Xəsarət alan olmayıb.
Mənzillər və yaşayış binası yanğından mühafizə olunub.