Bakıda butulka ilə həmyerlisini öldürən şəxsə hökm oxunub

Bakı. 28 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində butulka ilə həmyerlisini öldürməkdə təqsirli bilinən Emin Ramazanovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

O, məhkəmənin hökmü ilə 11 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bu il fevralın 18-də Sabunçu qəsəbəsi ərazisindən qəsəbə sakini 62 yaşlı Tarıyel Həmzəyev kəllə-beyin xəsarəti ilə xəstəxanaya gətirilib və izahatında yıxılma nəticəsində xəsarət aldığını bildirib. Martın 21-də T.Həmzəyev xəstəxanada ölüb.

Digər xəbərlər