Bakıda bir ay əvvəl itkin düşmüş qız tapılıb

Bakıda bir ay əvvəl itkin düşmüş 21 yaşlı qadın tapılıb.

“Report”un xəbərinə görə, hadisə sentyabrın 16-da paytaxtın Nərimanov rayonu, Mayakovski küçəsində baş verib.

Belə ki, 1998-ci il təvəllüdlü Ə.Muradova Mayakovski küçəsinndə yaşadığı ünvandan səhər saatlarında çıxıb və bir daha geri qayıtmayıb.

Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Muradova tapılaraq ailəsinə təhvil verilib.

Digər xəbərlər

Lerikdə zəlzələ olub 17 sentyabr, 2026 / 16:14
İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50