Bakıda axtarışda olan yeniyetmə Mingəçevirdə saxlanılıb

Bakı. 15 dekabr. REPORT.AZ/ Dələduzluğa görə axtarışda olan şəxs saxlanılıb.

DİN-in Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Nərimanov rayon Polis idarəsinin 16-cı polis bölməsi və Mingəçevir şəhər Polis şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan yeniyetmə Mingəçevir şəhəri ərazisində saxlanılıb.

Onun Nərimanov rayonu ərazisində 1 mağazadan 453 manat pul və 1 sexdən mobil telefon və yaddaş qurğusu, 2 gözəllik salonundan pul və məişət əşyaları, Nəsimi rayonu ərazisində isə 1 mağazadan 4000 manat pul oğurlaması da müəyyən edilib.

Digər xəbərlər

Azər Qasımlıya hökm oxunub 11 mart, 2026 / 16:27