Bakıda avtotəmir sexində ustanın başına avtomobil düşüb

Bakı. 10 iyun. REPORT.AZ/ Bakıda avtotəmir sexində işləyən şəxsin üzərinə avtomobil düşüb.

“Report”un xəbərinə görə, hadisə Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi "V" y/s, ev 26 ünvanın qarşısında yerləşən avtotəmir sexində qeydə alınıb.

Orada usta işləyən Seymur Qurbanovun baş nahiyəsinə avtomobil düşüb.

S.Qurbanov kəllə-beyin travmasi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib, vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47