Bakıda avtomobillər toqquşub, xəsarət alanlar var

Bakıda iki avtomobil toqquşub.

"Report"un məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində 1996-cı il təvəllüdlü Bərxudarov Bəxtiyar Aqil oğlu və 1999-cu il təvəllüdlü Rzayev Ramil Ədalət oğlu xəsarət alıblar.

Hər iki yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

Digər xəbərlər