Bakıda avtomobillə vurulan uşağın ayağı sınıb

Bakının Xətai rayonunda dörd yaşlı uşaq yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

"Report" xəbər verir ki, 2020-ci il təvəllüdlü Y.Layıcov yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol bud sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır .

Digər xəbərlər

DİN: Həftəsonu 17 silah aşkarlanıb 14 sentyabr, 2026 / 12:48