Bakıda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə rayonun Mehdiabad qəsəbəsində qeydə alınıb.
Avtomobil yolu keçən 1994-cü il təvəllüdlü Şıxiyev Əhməd Arif oğlunu vurub.
Hadisə zamanı ağır bədən xəsarətləri alan yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı ona açıq kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.