Bakıda avtomobillə motosiklet toqquşub, ölən var

Bakıda avtomobillə motosiklet toqquşub, ölən var.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə mayın 4-ü saat 15 radələrində Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə sakinləri - C.Zöhrabovun idarə etdiyi “Opel” markalı avtomobillə Ramin Cabbarovun idarə etdiyi “Haujue” markalı motosiklet toqquşub və nəticədə motosikletçi hadisə yerində ölüb.

Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47