Bakıda avtomobilin vurduğu piyada öldü

Xəzər rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, hadisə avqustun 5-i saat 20 radələrində Qala qəsəbəsində qeydə alınıb.

Bakı şəhər sakini M.Həsənli idarə etdiyi “VAZ-21705” markalı avtomobillə yolu keçən qəsəbə sakini Bəşir Bəşirovu vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Digər xəbərlər

Şamaxıda zəlzələ olub 22 fevral, 2026 / 07:12