Bakı. 12 noyabr. REPORT.AZ/ Bakıda yol qəzası baş verib.
"Report" Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, hadisə noyabrın 11-də saat 20 radələrində Xəzər rayonunun Şağan qəsəbəsi ərazisində qeydə alınıb.
Belə ki, Şuşa şəhər sakini Anar Cabbarov idarə etdiyi “Kia” markalı avtomobili yol ayrıcısına vurub və nəticədə hadisə yerində ölüb.