Bakıda avtomobil orta yaşlı qadını vurub

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb. Yolu keçən 1979-cu il təvəllüdlü Hüseynova Səfayət Füzuli qızını minik avtomobili vurub.

Yaralı xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Şamaxıda zəlzələ olub 07 iyun, 2026 / 17:55
Binədə mağaza yanıb 06 iyun, 2026 / 12:28