Bakıda avtomobil qadını vurub

Bakı. 1 mart. REPORT.AZ/ Bakıda qadının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. 

"Report"un xəbərinə görə, qəza Suraxanı rayonunda baş verib.

Qaraçuxur qəsəbəsində piyadalar üçün müəyyən edilməmiş yerdən keçən 1976-cı il təvəllüdlü Məmmədova Səfiyyə Əmir qızını minik avtomobili vurub. Nəticədə o, xəsarət alıb.

Hadisəni törədən sürücü yaralını xəstəxanaya yerləşdirib. Onun vəziyyəti ağır kimi qiymətləndirilir.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.

Digər xəbərlər

Lerikdə zəlzələ olub 17 sentyabr, 2026 / 16:14
İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50
Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45