Bakıda avtomobil qadını vuraraq öldürüb

Bakıda avtomobil qadını vuraraq öldürüb.

"Report"un əldə etdiyi məlumata görə, hadisə noyabrın 9-da Yasamal rayonu, Şərifzadə küçəsi ilə Ü.Əkbərov küçəsi ilə kəsişmədə qeydə alınıb.

Belə ki, 1961-ci il təvəllüdlü Quliyev Məhərrəməli Ataxan oğlu idarə etdiyi "Qaz-24" markalı avtomobillə hərəkətdə olarkən piyada, 1961-ci il təvəllüdlü Əliyeva Anaxanım Babahəsən qızını vurub. Nəticədə A.B.Əliyeva aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xankəndidə ev yanıb 17 iyul, 2026 / 09:45