Bakıda avtomobil qaçıran şəxs saxlanılıb

Bakı. 28 yanvar. REPORT.AZ/ Ötən gün Bakıxanov qəsəbəsi ərazisindən qəsəbə sakini A.Soltanovun idarə etdiyi “Chevrolet-Malibu” markalı avtomobilin qaçırılması barədə Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə müraciət daxil olub.

DİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, müraciətlə əlaqədar dərhal əməliyyat tədbirlərinə başlanılıb.

Bakı şəhər Dövlət Yol Polis İdarəsi, 13-cü Polis Bölməsi və Xətai RPİ 36-cı Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini İ.Həsənov Xətai rayonu Gəncə prospektində avtomobillə birgə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır. 

Digər xəbərlər