Bakıda avtomobil piyadanı vuraraq öldürüb

Bakıda avtomobil piyadanı vuraraq öldürüb.

"Report" xəbər verir ki, Məmmədov Qurban Məhərrəm oğlu idarə etdiyi “Mercedes Ateco” markalı avtomobillə Yasamal rayonu, Yeni Yasamal ərazisində kənar dairəvi yolda hərəkətdə olarkən yolu sağdan sola doğru keçən piyada Həsənov Məhəbbət Əkrəm oğlunu vurub.

Nəticədə piyada xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.

Digər xəbərlər

Şamaxıda zəlzələ olub 22 fevral, 2026 / 07:12
Xəzər dənizində zəlzələ olub 19 fevral, 2026 / 17:41